525.Az

Rusiyanın qızıl ehtiyatı artıb


 

Rusiyanın qızıl ehtiyatı <b style="color:red"> artıb</b>

Son bir ildə Rusiyanın qızıl ehtiyatı rekord həddə - 92 milyard dollar həcmində artıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Hazırda Rusiyanın banklarında 299,8 milyard dollar dəyərində qızıl külçə var. Ötən il bu rəqəm 207,7 milyard idi.

2020-ci ilin oktyabrından 2024-cü ilin eyni ayına kimi qızıl ehtiyatı cəmi 69 milyard dollar artıb. Mütəxəssislər bunu qiymətli metalın kəskin bahalaşması ilə əlaqələndirirlər.

Yeri gəlmişkən, qızılın dünya bazarında qiymətinin artımı yenə də müşahidə edilməkdədir. "JP Morgan Private Bank" araşdırmalarına görə gələn ilin əvvəlində qızılın 1 unsiyası 5 min dolları keçəcək. İlin sonunda isə bu rəqəm 520-530 dollara çatacaq.

L.Tağıyeva

 





13.11.2025    çap et  çap et