Kareliyada Rusiya Hərbi Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Hadisə Petrozavodsk yaxınlığında baş verib. Şəhər aeroportundan bir qədər aralı, meşəlik əraziyə düşən təyyarənin hər iki pilotunun həlak olduğu bildirilir.
Qeyd edək ki qəzaya uğrayan Su-30 qırıcısı təlim uçuşu həyata keçirirmiş.
L.Tağıyeva
çap et