525.Az

Ronaldonun milli karyerasında ilk qırmızı vərəqəsi


 

Ronaldonun milli karyerasında ilk qırmızı vərəqəsi<b style="color:red"></b>

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ötən gecə DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə görüşdə (0:2) qırmızı vərəqə alıb.

525.az xəbər verir ki, bu, 40 yaşlı hücumçunun milli komanda karyerasında ilk belə cəzasıdır.

Ronaldo rəqibinin kürəyinə dirsəyi ilə vurduğuna görə matçın 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Əvvəlcə görüşün baş hakimi ona sarı vərəqə göstərsə də, VAR-a baxdıqdan sonra qərarını dəyiyəşərək ulduz futbolçunu oyundan kənarlaşdırıb.

Beləliklə, Ronaldo milli komandada 226-cı oyununda ilk dəfə olaraq qırmızı vərəqə ilə cəzalandırılıb. Klub karyerasında isə Ronaldo 13 dəfə qırmızı vərəqə alıb.

Ronaldonun ən azı Portuqaliya millisinin qarşıdakı bir oyununu buraxacağı dəqiqdir. Bu isə seçmə mərhələnin son görüşü - Ermənistanla qarşılaşmaya təsadüf edəcək. Oyun noyabrın 16-da Portuqaliyada olacaq.

 





14.11.2025    çap et  çap et