525.Az

Azərbaycanda aqrar sektor 1 faiz böyüyüb


 

Azərbaycanda aqrar sektor 1 faiz böyüyüb<b style="color:red"></b>

2025-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 529,4 milyon manat təşkil edib ki, onun da 6 milyard 79,9 milyon manatı heyvandarlıq, 6 milyard 449,5 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

525.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,4 faiz, bitkiçilik məhsulları üzrə isə 1,5 faiz artıb.

 





14.11.2025    çap et  çap et