Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi “Aİ və gənclər: Dayanıqlı gələcək naminə” adlı tədbir keçirib.
525.az xəbər verir ki, tədbir Avropa İttifaqının “Taleyini təhsil yazsın” şüarı altında keçirdiyi təhsil kampaniyasının yekununa, eləcə də Gənc Avropa səfirlərinin Azərbaycandakı fəaliyyətinin 10 illiyinə həsr olunub.
Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Mariyana Kujundziç
və Gənc Avropa səfirlərinin iştirakı ilə baş tutan tədbirdə müasir diplomatiya, lider qadınlar, gənclərin fəaliyyəti, rəqəmsal ictimai diplomatiya kimi məsələlər müzakirə edilib.

Səfir Mariyana Kujundziç çıxışında deyib ki, son bir neçə ay ərzində Azərbaycanda təhsil sahəsində bir sıra tədbirlər keçirilib: "Biz Azərbaycanla əlaqələri gücləndirir, insanlar arasında körpülər yaradırıq. Gənc Avropa səfirləri göstərdi ki, diplomatiya kreativ və güclü ola bilər. Mən onlara təşəkkür edirəm. Qadın səfir olaraq inklüzivlik və diversifikasiyanı yüksək qiymətləndirirəm. Qadınlar diplomatiyada olanda daha böyük uğurlar əldə edirik".
Daha sonra Aİ-nin təhsil kampaniyası haqqında video təqdimat olub, gənc Avropa səfirlərinin hekayələri dinlənilib, müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.
Pərvanə Sultanova
çap et