525.Az

İsrail 15 fələstinlinin cəsədini təhvil verib


 

İsrail 15 fələstinlinin cəsədini təhvil verib<b style="color:red"></b>

İsrail vəfat etmiş 15 fələstinli məhbusun cəsədini qarşı tərəfə təhvil verib. 

525.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan əvvəl Baş nazir Binyamin Netanyahunun ofisi İsrailin daha bir girovun cəsədini aldığını açıqlayıb. Bu o deməkdir ki, fələstinlilər artıq 28 cəsəddən 25-ni geri qaytarıblar.

İsrail ilə HAMAS arasında Qəzza zolağında əldə edilmiş atəşkəs müqaviləsinin bir hissəsi olaraq, HAMAS hərəkatı 7 oktyabr 2023-cü ildən bəri Qəzzada saxlanılan bütün 20 girovu azad edib.

Pərvanə Sultanova

 





14.11.2025    çap et  çap et