İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales hücuma məruz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rubialesin Madriddə təşkil olunmuş kitab təqdimatında baş verib.
Tədbirdə iştirak edənlərdən biri ona 2 yumurta atıb və onu "əclaf" adlandırıb. Maraqlıdır ki, hücum edən şəxs onun əmisi imiş.
Tədbir aqressiv əminin zaldan çıxarılmasından sonra davam edib.
Qeyd edək ki, Luis Rubiales 2023-cü ildə qadın futbolçu Cenni Ermosonu onun istəyi olmadan öpdüyü üçün FİFA tərəfindən 3 illik futboldan kənarlaşdırılıb. Bundan başqa İspaniya məhkəməsi onu 10,8 min avro cərimə edərək Ermosoya yaxınlaşmasına qadağa qoyub.
L.Tağıyeva
çap et