525.Az

Çində nəhəng qızıl yatağı aşkarlandı


 

Çində nəhəng qızıl yatağı aşkarlandı<b style="color:red"></b>

Çinli geoloqlar Lyaonin əyalətində nəhəng qızıl yatağı aşkarlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Ehtiyatlar Nazirliyi məlumat yayıb.

3,1 km uzunluğu, 260 metrdən çox eni olan yataq 115-913 metr dərinlikdə yerləşir. Mütəxəssislər hər 1 ton filizdən 56 qram aşağı əyarlı qızıl alınacağını proqnozlaşdırırlar. Ümumilikdə isə, yataqda 1,44 min ton qızıl olduğu hesablanıb.

Yeni yatağın istismarı sayəsində dövlətin qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artacaq.

Qeyd edək ki, ötən ilin noyabrında Xunan əyalətində də min tondan çox qızıl ehtiyatı olan yataq aşkarlanmışdı.

L.Tağıyeva

 





14.11.2025    çap et  çap et