525.Az

Marneuldə Türkiyə vətəndaşı güllələnib


 

Marneuldə Türkiyə vətəndaşı güllələnib<b style="color:red"></b>

Gürcüstanın Marneuli şəhərində Türkiyə vətəndaşı güllələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxsin cəsədi meşəlik ərazidə, tərk edilmiş avtomobildə tapılıb.

Polis əməkdaşları ərazini mühasirəyə alıb, səhər saatlarına qədər hadisə ilə bağlı araşdırma aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyində hadisə ilə bağlı cinayət işi açılıb.

İsgəndər Həsənov

 





14.11.2025    çap et  çap et