525.Az

Azərbaycan cüdoçusu bürünc medal qazandı


 

Azərbaycan cüdoçusu bürünc medal qazandı<b style="color:red"></b>

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürüb. 

525.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.

60 kq çəki dərəcəsində Hüseyn Allahyarov üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gələrək bürünc medal qazanıb. Bu, 22 yaşlı cüdoçumuzun Dünya Cüdo Turunda ilk mükafatı olub. 

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

 





14.11.2025    çap et  çap et