525.Az

Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu


 

Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu<b style="color:red"></b>

Azərbaycanın U-19 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci matçına çıxıb.

525.az xəbər verir ki, Elxan Abdullayevin komandası Şimali İrlandiya ilə qarşılaşıb.

Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən qarşılaşmada millimiz rəqibinə 1:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komanamız 13-cü qrupdakı ilk matçda Çexiyaya böyük hesabla uduzub - 1:6.

 





15.11.2025    çap et  çap et