525.Az

Sadır Japarov: "Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi görünür"


 

Sadır Japarov: "Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi görünür"<b style="color:red"></b>

"Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq. Strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür".

525.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında söyləyib.

 





16.11.2025    çap et  çap et