525.Az

VI Beynəlxalq Mstislav Rastropoviç Festivalı keçiriləcək


 

VI Beynəlxalq Mstislav Rastropoviç Festivalı keçiriləcək<b style="color:red"></b>

Dekabrın 4-dən 9-dək Bakıda Heydər Əliyev Sarayında VI Beynəlxalq Mstislav Rastropoviç Festivalı keçiriləcək.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, M.Rastropoviç Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq festival çərçivəsində dünyaca məşhur “Maggio Musicale Fiorentino” simfonik orkestri çıxış edəcək.
Tanınmış drijor Zubin Metanın rəhbərliyi altında keçiriləcək gecələrdə F.Şubert, P.Xindemit, L.Bethoven, C.Verdi, A.Dvorjak və N.Rimski-Korsakovun əsərləri səsləndiriləcək.

GÜNEL

 





27.11.2012    çap et  çap et