525.Az

Azərbaycanın xarici ticarət dövriyyəsi 4 faizə yaxın artıb


 

Azərbaycanın xarici ticarət dövriyyəsi 4 faizə yaxın artıb<b style="color:red"></b>

2025-cü ilin ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi illik müqayisədə 3.8% artaraq 40 milyard 862 milyon ABŞ dolları təşkil edib.

525.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Son bir ildə ölkə üzrə ixrac 4.9% azalaraq 21 milyard 636.8 milyon ABŞ dolları, idxal isə 15.6% artaraq 19 milyard 225.2 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 2 milyard 411.6 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.5 dəfə azdır.

 





17.11.2025    çap et  çap et