525.Az

Zəvvarları daşıyan avtobus qəzaya uğradı - 42 ölü


 

Zəvvarları daşıyan avtobus qəzaya uğradı - <b style="color:red"> 42 ölü</b>

Ümrədən qayıdan zəvvarları daşıyan avtobus Mədinə yaxınlığında qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Məkkədən Mədinəyə gedən avtobus dizel yanacağı daşıyan maşınla çırpılıb. Qəza nəticəsində 42 nəfər həlak olub. Ölənlərin əksəriyyətinin Hindistan vətəndaşı olduğu bildirilib.

Qəzada yalnız bir nəfər sağ qalıb və o, dərhal tibb mərkəzinə aparılıb. Qeyd olunub ki, qəza sərnişinlərin əksəriyyəti yatarkən baş verib, ona görə də alov yayılanda insanların qaçmaq şansı olmayıb.

Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





17.11.2025    çap et  çap et