525.Az

Banqladeşdə keçmiş Baş nazir edam cəzasına məhkum edildi


 

Banqladeşdə keçmiş Baş nazir edam cəzasına <b style="color:red"> məhkum edildi</b>

2024-cü ilin avqust ayında vəzifəsindən uzaqlaşdırılmış Banqladeşin keçmiş Baş naziri Şeyx Hasina edam cəzasına məhkum edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 78 yaşlı Hasina insanlığa qarşı cinayətlərdə günahlandırılıb. Keçmiş Baş nazir ötən ilin avqust ayında Hindistana qaçıb və məhkəmənin çağırışına tabe olmayaraq ölkəyə qayıtmayıb. Məhkəmədən bildirib ki, Hasina təxminən 1400 insanın ölümünə səbəb olan tələbələrin rəhbərlik etdiyi kütləvi üsyanı vəhşicəsinə yatırmaqda ittiham olunur.

Xatırladaq ki, tələbələrin rəhbərlik etdiyi etirazlar iyulun ortalarında Banqladeşdə 1971-ci il Müstəqillik Müharibəsində xidmət etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra başlayıb. Ali Məhkəmə iyulun sonunda kvota nisbətlərini aşağı saldıqda etirazlar başa çatıb.

Zorakılıqda günahlandırılan Camaat-e-İslami Partiyası və onun tələbə qanadının qadağan edilməsindən sonra etirazçılar küçələrə çıxaraq ölənlər üçün ədalət tələb ediblər. Nümayişlər zamanı baş verən zorakılıqlarda yüzlərlə insan həlak olub, minlərlə insan saxlanılıb.

Zorakılıq artmağa davam etdikcə, Baş nazir Şeyx Hasina rəsmi iqamətgahını tərk edərək hərbi vertolyotla Hindistana gedib. Həmin vaxt etirazçılar Baş nazirin rəsmi iqamətgahına basqın ediblər.

İbrahim Cəfərov  

 





17.11.2025    çap et  çap et