Ötən şənbə dünyanın ən hündür oteli ilk sakinlərini qəbul edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Dubaydakı "Ciel Dubai Marina" otelidir.
377 metr hündürlüyü olan otel 82 mərtəbədən, 1004 nömrədən ibarətdir. Burada həmçinin, bir neçə restoran, idman zalları və dünyada ən hündür hovuz var. Belə ki, hovuz 76-cı mərtəbədə, 310 metr hündürlükdə yerləşir.
Yeri gəlmişkən, buna kimi ən hündür otel adı 356 metr "boyu" olan Dubaydakı "Gevora Hotel"ə məxsus idi. Maraqlıdır ki, dünyada ən hündür 10 oteldən 8-i Dubaydadır.
L.Tağıyeva
çap et