525.Az

Müəllim cəzalandırdığı şagirdin ölümünə səbəb oldu


 

Müəllim cəzalandırdığı şagirdin ölümünə səbəb oldu<b style="color:red"></b>

Hindistanda müəllim 12 yaşlı şagirdin ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə noyabrın 14-də Maharaştr şəhərində baş verib.

Müəllim dərsə gecikən Kacal Qond adlı qıza cəza kimi 100 dəfə oturub-qalxmağı əmr edib. Dərsdən sonra evə qayıdan qızın qarın nayihəsində ağrılar yaranıb. Ağrılar o qədər güclü olub ki, uşaq təcili Mumbay xəstəxanalarından birinə qaldırılıb. Amma həkimlərin səylərinə baxmayaraq, orada vəfat edib. Qızın ölümünün dəqiq səbəbi açıqlanmır.

Maraqlıdır ki, hadisə baş verən gün Hindistanda Uşaqları müdafiə günü qeyd edilirmiş.

L.Tağıyeva

 





17.11.2025    çap et  çap et