525.Az

Pələng 40 yaşlı kişini parçaladı


 

Pələng 40 yaşlı kişini parçaladı<b style="color:red"></b>

Hindistanda pələng 40 yaşlı fermeri parçalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pilibhit qoruğu ərazisində baş verib.

Tanda Çxatrapati kəndinin  Çxote Lala adlı sakini təsərrüfat işləri ilə məşğul olarkən pələngin hücumuna məruz qalıb. Kəndlinin parçalanmış cəsədi sahədən xeyli aralıda, meşəlik ərazidə tapılıb.

Qeyd edək ki, Meşə Təsərrüfatı Departamentinin mütəxəssisləri polislə birlikdə adamyeyən pələngin tutulması uçun tələlər qurublar.

L.Tağıyeva

 





17.11.2025    çap et  çap et