525.Az

Türkiyədə ağır yol qəzası - 2 ölü, 7 yaralı


 

Türkiyədə ağır yol qəzası - <b style="color:red"> 2 ölü, 7 yaralı</b>

Türkiyənin Karabük bölgəsində ağır yol qəzası baş verib.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karabük-Kastamonu yolunda cip Sarıahmetli kəndi yaxınlığında baryerə çırpılaraq aşıb. Nəticədə biri uşaq olmaqla iki nəfər həlak olub, dördü uşaq olmaqla yeddi nəfər yaralanıb.  

Hadisə yerinə polis, tibbi personal və xilasedicilər gəlib. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İsgəndər Həsənov

 





17.11.2025    çap et  çap et