Rusiya ordusu Ukraynanın Xarkov bölgəsindəki Balakliya şəhərinə raket zərbələri endirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bu barədə Ukrayna Dövlət Təcili Xidmətinin (DSNS) telegram hesabında paylaşım edilib. Həmçinin bildirilib ki, uşaq bağçasına və bir neçə yaşayış binasına ziyan dəyib.
Rusiya ordusunun Odessa bölgəsində enerji və liman infrastrukturuna hücum etdiyi də qeyd edilib.
İbrahim Cəfərov
çap et