Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin müavini Elison Huker ilə İrəvanda keçirilən görüşdə “Tramp marşrutu”nu müzakirə edib.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüşdə bu layihənin daha geniş nəqliyyat və digər kommunikasiya şəbəkəsinin inkişafı üçün əhəmiyyətini vurğulayıblar.
Tərəflər enerji, infrastruktur, süni intellekt və investisiyaların təşviqi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Mirzoyan Ermənistan-Amerika ikitərəfli gündəliyinin genişləndirilməsinə yönəlmiş siyasi dialoqun aktiv dinamikasını qeyd edib.
Pərvanə Sultanova
çap et