525.Az

Çinin XİN başçısı Qırğızıstan, Özbəkistan və Tacikistana səfər edəcək


 

Çinin XİN başçısı Qırğızıstan, Özbəkistan və Tacikistana səfər edəcək<b style="color:red"></b>

Çinin xarici işlər naziri Van Yi 19-22 noyabr tarixlərində Qırğızıstan, Özbəkistan və Tacikistana səfər edəcək.

525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazir üç ölkədən olan həmkarları ilə ayrı-ayrılıqda strateji dialoqlar aparacaq. 

Səfər xarici işlər nazirləri Jeenbek Kulubayev (Qırğızıstan), Bəxtiyor Saidov (Özbəkistan), Sirociddin Muxriddinin (Tacikistan) dəvəti ilə həyata keçiriləcək.

Pərvanə Sultanova

 





17.11.2025    çap et  çap et