ABŞ vətəndaşı Meksikaya qaçaqmal yolu ilə 2 tutuquşu keçirməyə cəhd edib və ələ keçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Otay-Mesa nəzarət-buraxılış məntəqəsində baş verib.
Polis əvvəllər də qaçaqmalçılıqla məşğul olan 35 yaşlı Cessi Aqus Martinesdən şübhələnib. Axtarış zamanı onun tumanından kisələrdə gizlədilmiş 2 tutuquşu aşkarlanıb. Məlum olub ki, Martines 2005-ci ildə nəsli kəsilmiş hesab edilən 2 narıncıüzlü aratinqanı xüsusi preparatların köməyilə yatıraraq qasıq nayihəsində sərhəddən keçirmək istəyib. Quşlar yoxlanılmaları üçün Kənd təsərrüfatı nazirliyinin karantin mərkəzinə, Maqrines isə polis bölməsinə aparılıb.
Qeyd edək ki, qaçaqmalçını 20 illik həbs və 250 min dollar cərimə gözləyir. Cəzanın bu qədər ağır olmasına quşların özü deyil, onların karantindən keçmədiyi üçün yoluxucu xəstəlik daşıması ehtimalıdır.
L.Tağıyeva

çap et