525.Az

Rusiya millisinin baş məşqçisi istefa verdi


 

Rusiya millisinin baş məşqçisi istefa verdi<b style="color:red"></b>

Rusiya millisinin baş məşqçisi Valeri Karpin istefa verib/

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Karpin yığmanın deyil, çalışdırdığı Moskva "Dinamo"sunun baş məşqçisi postundan getdiyini açıqlayıb.

Bu günə kimi hər 2 komandanın başında olan məşqçi qərarını milliyə daha çox fikir ayırmaq məqsədilə etdiyini bildirib.

Qeyd edək ki, Rusiya millisi rəsmi beynəlxalq yarışlara buraxılmadığından yalnız yoldaşlıq oyunları ilə kifayətlənməli olur. "Dinamo"ya gəldikdə isə, komanda 15 turdan sonra 17 xalla 10-cu yerdədir.

L.Tağıyeva

 





17.11.2025    çap et  çap et