525.Az

Mərdəkan qəsəbəsinin bir hissəsində işıq olmayacaq


 

Mərdəkan qəsəbəsinin bir hissəsində işıq olmayacaq<b style="color:red"></b>

Mərdəkan qəsəbəsinin bir hissəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 525.az-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1” yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.

Məlumata görə, qeyd olunanalarla əlaqədar olaraq 18 noyabr tarixində saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 





18.11.2025    çap et  çap et