525.Az

“ABŞ Azərbaycanın Mərkəzi Asiya formatında iştirakını dəstəkləyir”


 

“ABŞ Azərbaycanın Mərkəzi Asiya formatında iştirakını dəstəkləyir”<b style="color:red"></b>

"Vaşinqton həm Azərbaycan, həm  Ermənistanla münasibətləri yaxşılaşdırmağa çalışır. Strateji tərəfdaşlığın qurulmasına başlanılıb, işçi qrupları yaradılıb".

525.az xəbər verir ki, bunu "Atlantic Council” Avrasiya siyasi mərkəzinin direktoru Con Herbst Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda çıxışında deyib.

O bildirib ki, eyni zamanda, Ermənistanla Azərbaycan arasında "Tramp marşrutu" adlandırılan Strateji dəhlizin yaradılmasına başlayıb.

Əlavə edib ki, Türkiyə Ermənistan normallaşması da Cənubi Qafqazda stabillik üçün olduqca vacibdir.

Mərkəzi Asiya Məşvərət Görüşünə toxunan ekspert deyib ki, Birləşmiş Ştatlar regional C5+1 formatının Azərbaycanın  qatılması ilə C6+1 olaraq  genişləndirilməsini  dəstəkləyir. Bu Bakının regional rolunun artmasını göstərir:

"Azərbaycanın bu platformada olması yeni həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün mühüm strateji hadisə olacaq. İki həftə əvvəl Vaşinqtonda ABŞ-Mərkəzi Asiya (C5+1) formatında tarixdə ilk Prezident sammiti keçirilib və bundan bir həftə sonra Daşkənddə beş Mərkəzi Asiya ölkəsi Azərbaycanın dövlət başçılarının məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması barədə razılığa gəlib. Azərbaycanın formatda iştirakı ABŞ, Bakı və Mərkəzi Asiya ölkələri arasında siyasi və ekspert əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar yaradır".

Pərvanə Sultanova

 





18.11.2025    çap et  çap et