525.Az

“ABŞ-Azərbaycan əməkdaşlığı yeni sahələrdə inkişaf edir” - Deputat


 

“ABŞ-Azərbaycan əməkdaşlığı yeni sahələrdə inkişaf edir” - <b style="color:red"> Deputat</b>

“Azərbaycan-ABŞ münasibətlərində bir dinamizm var, qarşılıqlı səfərlər artıb, dialoq aktivləşib”.

525.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

O bildirib ki, ABŞ-Azərbaycan əməkdaşlığı texnologiyalar, investisiyalar və yeni iqtisadi sahələrin inkişafı ilə irəliləyir:

“Ölkə inkişafın mühüm bir mərhələsinə qədəm qoyur, neft gəlirləri artıq inkişafın əsas mənbəyi olmaqdan çıxır. Azərbaycan öz diqqətini iqtisadiyyatın digər sahələrinə, o cümlədən bərpaolunan enerji, nəqliyyat-logistika, texnologiyalar və digər sahələrə yönəldir. ABŞ bu məsələdə əhəmiyyətli rol oynaya bilər. Buraya, həmçinin süni intellekt də daxildir. Bu sahədə Azərbaycanın elə də böyük təcrübəsi yoxdur və biz ABŞ-dan öyrənə bilərik”.

Pərvanə Sultanova

 





18.11.2025    çap et  çap et