525.Az

Azərbaycanda yeni fənlərin tədrisi zərurətdir - Ekspert


 

Azərbaycanda yeni fənlərin tədrisi zərurətdir - <b style="color:red">Ekspert</b>

"Azərbaycan təhsil sisteminin məzmununu müasir dünyanın sürətinə uyğunlaşdırmaq üçün növbəti  atılan strateji addım atılır. Belə ki, orta məktəblərdə yeni fənn tədris olunacaq. Dünya təcrübəsi göstərir ki, son 15 ildə 28 ölkə 17 yeni fənni tədris planına salıb – süni intellekt, rəqəmsal savadlılıq, robototexnika, dizayn düşüncəsi, ekoloji dayanıqlılıq kimi sahələr artıq məktəblərin standart hissəsidir. Estoniya, Sinqapur, Cənubi Koreya bu dəyişikliyi tətbiq edəndən sonra şagirdlərin tətbiqi bacarıqlarında 12–18% yüksəliş əldə ediblər. Bizim isə PISA 2022 nəticələrinə görə “tətbiqi bacarıqlar indeksimiz” OECD orta­sından 80–92 bal aşağıdır. Yəni faktoloji bilik var, amma real bacarıqlar, analitik düşüncə və yaradıcı tətbiq hissəsi zəifdir. Bu boşluğu doldurmaq üçün yeni fənnin əlavə edilməsi məntiqi və elmi əsaslara söykənən qərardır".

Bu fikirləri təhsil eksperti Kamran Əsədov 525.az-a söyləyib. O qeyd edib ki, yeni fənn şagirdlərə XXI əsrin bacarıqlarını verəcək, tətbiqi düşünmə və texnoloji savadlılığı gücləndirəcək, təhsili rəqəmsal və innovativ mühitə yaxınlaşdıracaq:

"Azərbaycanda yeni fənlərin tədrisi zərurətdir – dünya gedir, əmək bazarı dəyişir, iqtisadiyyat yenilənir. Təhsil də buna uyğunlaşmalıdır".

Sevinc Qarayeva 

 





18.11.2025    çap et  çap et