Ukrayna prezidenti Vladimir Zelenski sabah Türkiyəyə səfər edəcək.
525.az xəbər verir ki, bu barədə o özü bildirib.
Zelenski sosial şəbəkə paylaşımında bu gün İspaniyada görüşlər keçirəcəyini bildirib. O, İspaniyanın Baş naziri Pedro Sançezlə görüşəcəyini açıqlayıb.
Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün danışıqları intensivləşdirməyə hazırlaşdıqlarını qeyd edən Zelenski bildirib:
"Sabah Türkiyədə danışıqlar olacaq. Biz danışıqları intensivləşdirməyə hazırlaşırıq və müttəfiqlərimizə təqdim etmək üçün həll yolları üzərində işləyirik. Bütün gücümüzlə müharibənin sonunu yaxınlaşdırmaq Ukraynanın da əsas prioritetidir”.
İbrahim Cəfərov
çap et