Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyquya qarşı sui-qəsdin qarşısı alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi olan Sergey Şoyquya qarşı sui-qəsdin qarşısı Moskvada keçirilən əməliyyat nəticəsində alınıb və insidentlə əlaqəsi olan 3 nəfər həbs edilib.
İlkin olaraq FSB “Moskvada yüksək rütbəli rus məmurunu hədəf alan” planın qarşısının alındığını bildirməklə kifayətlənib. Lakin Rusiyanın mk.ru xəbər portalı hədəfin Sergey Şoyqu olduğunu yazıb. İsveçrənin “Blick” qəzeti də eyni məlumatı yayıb.
İstintaqın məlumatına görə, hücum Moskvada Rojekurovo qəbiristanlığında həyata keçirilməli idi. Şoyqunun mütəmadi olaraq ailə məzarlarını ziyarət etdiyi bilinən qəbiristanlıq planın əsas mərkəzi olub. FSB bəyan edib ki, hücum edənlər "bu məlumatı diqqətlə izləyiblər və onu pusquya çevirməyi hədəfləyiblər".
İstintaqın aşkar etdiyi ən maraqlı detal hücumun texniki aspektləri ilə bağlı olub. Təcavüzkarlar qəbiristanlıqda gül vazasının içərisinə gizlədilmiş mini kamera sistemi yerləşdiriblər. Bu kamera xaricdəki koordinatorlara hücumu real vaxt rejimində izləmək və idarə etmək üçün nəzərdə tutulmuşdu. Təhlükəsizlik qüvvələri cihazı aşkarlayıb və əməliyyat başlamazdan əvvəl qarşısı alınıb.
İbrahim Cəfərov
çap et