525.Az

İsraildə terror aktı - 2 terrorçu zərərsizləşdirildi


 

İsraildə terror aktı - <b style="color:red"> 2 terrorçu zərərsizləşdirildi</b>

Xevron şəhərində terror aktı baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.

Yerli polisin açıqlamasına görə, 2 nəfər avtomobili sürətlə piyadaların üzərinə sürüb. Daha sonra avtomobildən düşərək insanlara bıçaqla hücum edib. Hər 2 terrorçu təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən güllələnib.

Faktla bağlı araşdırmalara başlanılıb, hücum edənlərin şəxsiyyəti və əməllərinin məqsədləri öyrənilir.

Qeyd edək ki, ölən sakin 30 yaşlı kişidir. Yaralananlar - 40 yaşlı qadın, 30 yaşlı kişi və 15 yaşlı yeniyetmə oğlan xəstəxanaya yerləşdirilib.

L.Tağıyeva

 





19.11.2025    çap et  çap et