525.Az

Moskvanın mərkəzində oteldə yanğın


 

Moskvanın mərkəzində <b style="color:red"> oteldə yanğın</b>

Moskvanın mərkəzində yerləşən "Radisson Blu" otelində yanğın baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, binadan 400-ə yaxın insan təxliyə edilib.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə xəsarət alan olmayıb. Yanğınsöndürənlər və xilasedicilər yanğının fəsadlarını aradan qaldırmaqla məşğuldurlar.

İlkin məlumata görə, yanğın otelin 3-cü mərtəbəsində başlayıb. Alovun digər mərtəbələrə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri haqda məlumat verilmir.

L.Tağıyeva

 





19.11.2025    çap et  çap et