525.Az

Ağdamda əmək yarmarkası keçiriləcək


 

Ağdamda əmək yarmarkası keçiriləcək<b style="color:red"></b>

Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçiriləcək.

525.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.

Tədbir 21 noyabrda saat 09:00-da "Aghdam City Hotel"də (Ağdam şəhəri, M.F. Axundzadə küçəsi) təşkil olunacaq.

Yarmarkada mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və s. işlər üzrə 67 vakansiya təqdim ediləcək.

Aktiv məşğulluq tədbirinin iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər, həmçinin vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat veriləcək.

 





19.11.2025    çap et  çap et