525.Az

Balıkesirdə yenidən zəlzələ oldu


 

Balıkesirdə yenidən <b style="color:red"> zəlzələ oldu</b>

Türkiyənin Balıkesir vilayətində növbəti dəfə zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda 3.5 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla 15:25-də baş verən yeraltı təkanlar 11.01 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.

Xatırladaq ki, ötən ayın  sonunda Balıkesirdə 6.1 bal gücündə zəlzələ olmuşdu.

İsgəndər Həsənov

 





19.11.2025    çap et  çap et