525.Az

Rusiya Ukraynaya raket zərbələri endirib - ölənlərin sayı 20-yə çatıb


 

Rusiya Ukraynaya raket zərbələri endirib - <b style="color:red"> ölənlərin sayı 20-yə çatıb</b>

Rusiya ordusu Ukraynaya kütləvi raket hücumu təşkil edib.

525.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında paylaşım edib. O bildirib ki, Rusiya ölkəsinə ballistik və kruiz raketləri də daxil olmaqla müxtəlif tipli 48 raket və 470-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum başdıb.

Ternopildə yaşayış binasına endirilən zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) məlumat yayıb. Qeyd olunub ki, hücum nəticəsində 16 uşaq da daxil olmaqla 66 nəfər yaralanıb.

İsgəndər Həsənov

 





19.11.2025    çap et  çap et