525.Az

"Honda" 250 mindən çox avtomobili geri çağırdı


 

"Honda" 250 mindən çox avtomobili geri çağırdı<b style="color:red"></b>

Yaponiya şirkəti "Honda Motor Go. Ltd" ABŞ bazarında 256,6 min avtomobili geri çağırmaq barədə qərar qəbul edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb avtomobillərin proqram təminatında aşkarlanmış problemdir.

Belə ki, 2023-2025-ci illər istehsalı olan "Accord Hybrid"lərin proqram təminatındakı nöqsanlar avtomobil hərəkətdə olarkən mühərrikin gücünün azalmasına və sönməsinə səbəb ola bilər.

Qeyd edək ki, nöqsanın aradan qaldırılması dilerlər tərəfindən ödənişsiz həyata keçiriləcək.

L.Tağıyeva

 





19.11.2025    çap et  çap et