Ulduz basketbolçu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında mövsüm sayına görə rekord vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Los-Angeles Leykers"in 40 yaşlı hücumçusu Ceyms 23-cü mövsüm rəsmi oyununa çıxıb.
Rekord "Yuta Cazz" ilə oyunda rəsmiləşib. Əvvəlki qarşılaşmaları zədə səbəbindən buraxan Ceyms 23-cü mövsümündəki ilk oyununda komandasına 11 xal qazandırıb, 12 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, bundan əvvəlki rekord Vins Karterə məxsus idi. O, 1998-2020-ci illər aralığında 22 mövsüm NBA-da çıxış etmişdi.
L.Tağıyeva
çap et