525.Az

Azərbaycan millisi FİFA reytinqində gerilədi


 

Azərbaycan millisi FİFA reytinqində gerilədi<b style="color:red"></b>

Azərbaycan milli komandası FİFA-nın yenilənmiş reytinq cədvəlində geriləyib. 

525.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız siyahıda 4 pillə geriləyərək 127-ci sırada qərarlaşıb. Hazırda aktivində 1132.97 xal olan yığmamız əvvəlki siyahıda 1142.25 xalla 123-cü pillədə yer alırdı.

Bu geriləməyə səbəb millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi oyunlardakı uğursuzluqlar olub. Belə ki, komanda İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, FİFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.

 





19.11.2025    çap et  çap et