Türkiyə COP31 İqlim Zirvəsinə ev sahibliyi edəcək.
525.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu, Avstraliyanın Baş naziri Antoni Albanesenin Kanberranın namizədliyini geri götürdüyünü açıqlamasından sonra təsdiqlənib.
Beləliklə, Antalya gələn il dünyanın diqqətini iqlim danışıqlarına yönəldəcək.
Albanese bildirib ki, Avstraliyanın iqlim dəyişikliyi naziri Kris Bouen danışıqlar üçün COP prezidenti vəzifəsini icra edəcək:
“Konfrans və COP sədrliyi Türkiyəyə verilib. COP-dan əvvəlki görüşlər, xüsusən də Sakit Okeanda iqlim maliyyələşdirilməsi və Sakit Okeanın davamlılıq mexanizminə yönələcək”.
Avstraliyanın Baş naziri iqlim konfranslarının konsensus yolu ilə keçirilməsinin vacibliyini vurğulayıb: “Bu razılaşma həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qazancdır”.
İbrahim Cəfərov
çap et