525.Az

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı


 

Avstriyalı rəssamın tablosu <b style="color:red"> rekord qiymətə satıldı</b>

Avstriyalı rəssam Qustav Klimtin "Elizabet Ledererin portreti" tablosu Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə satılıb.

525.az “The Guardian”a istinadən xəbər verir ki, 1914-1916-cı illər arasında çəkilən və təxminən 1,8 metr uzunluğundakı rəsm əsəri “Sotheby's”də satışa çıxarılıb.

Hərrac cəmi 20 dəqiqə çəkib. "Elizabet Ledererin portreti" 236,4 milyon dollara satılıb və bu, müasir incəsənət kateqoriyasında hərracda indiyə qədər satılan ən bahalı əsər olub.

Lakin alıcının kimliyi açıqlanmayıb.

İbrahim Cəfərov

 





20.11.2025    çap et  çap et