ABŞ prezidenti Donald Tramp sabah Nyu-York meri seçkilərində qalib gələn Demokratların namizədi Zöhran Məmdani ilə görüşəcək.
525.az xəbər verir ki, bu barədə Tramp özü bildirib.
Sosial media paylaşımında ABŞ lideri 21 noyabr cümə günü görüşün Oval Ofisdə baş tutacağını yazıb. O, görüşlə bağlı təfərrüatların sonra açıqlanacağını əlavə edib.
Xatırladaq ki, mer seçkilərinin nəticələri elan edildikdən sonra Tramp seçkilərin saxtalaşdırıldığını iddia etmiş, həmçinin Demokratların Nyu-Yorkda "kommunist" namizəd seçdiyini vurğulamışdı.
İbrahim Cəfərov
çap et