Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfər edib.
525.az xəbər verir ki, iki gün davam edəcək səfər zamanı Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə təkbətək görüş keçirəcək, daha sonra isə geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə danışıqlar aparacaq.
Həmçinin, Qazaxıstanın Baş naziri Ojas Bektenov və parlamentin sədri Erlan Koşanovla görüşəcək.
Pərvanə Sultanova
çap et