525.Az

“Azərbaycana səfər etməyi səbirsizliklə gözləyirəm” -  İsrailin XİN başçısı


 

“Azərbaycana səfər etməyi səbirsizliklə gözləyirəm” - <b style="color:red"> İsrailin XİN başçısı</b>

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etməyi planlaşdırır.

525.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında yazıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən yazan Saar qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Qəzza sülh planı və Azərbaycanla-Ermənistan sülh prosesini müzakirə ediblər.

Eyni zamanda, Bakı ilə ikitərəfli və iqtisadi əlaqələrin dərinləşdirilməsi də müzakirə olunub:

“Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm, əlaqələrimizi gücləndirməyə davam edəcəyik".

Pərvanə Sultanova

 





20.11.2025    çap et  çap et