525.Az

“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb


 

“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi dosent Elnarə Qaragözovanın “Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası işıq üzü görüb. Müəllifin sayca altıncı, rus dilində isə ilk monoqrafiyası olan kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

525.az-a İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru və ön söz müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və professor Rəhilə Qeybullayevadır.

Müasir Azərbaycan ədəbiyyatının postmodernist kontekstinə həsr edilən kitab müstəqillik dövrü ədəbiyyatımızda postmodernist poetikanın təzahürlərinin sistemli şəkildə tədqiqini təqdim edən ilk monoqrafik araşdırmadır. “Giriş”, “Postmodernizm və milli ədəbiyyat konsepsiyası”, “Azərbaycan ədəbiyyatında postmodern paradiqma”, “Azərbaycan postmodern ədəbiyyatında dekonstruksiya və dekanonizasiya”, “Postmodern poetika Azərbaycan ədəbiyyatı kontekstində” və “Nəticə” hissələrindən ibarət olan araşdırmada postmodernizm cərəyanı bütün aspektləri ilə araşdırılıb və bu cərəyanın Azərbaycan ədəbiyyatında mövqeyi müəyyənləşdirilib.

 





20.11.2025    çap et  çap et