Türkiyənin Diyərbakır şəhərində ağır yol qəzası baş verib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbakır-Batman yolunda yük maşını iki avtomobilə çırpılıb.
Qəza nəticəsində dörd nəfər həlak olub, bir nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə bölmələri və təhlükəsizlik qüvvələri gəlib.
Yaralı şəxsin qəlbi dayansa da, təcili tibbi yardım işçiləri ürək masajı ilə onu həyata qaytarıblar. Daha sonra isə o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qəzadan sonra yük maşınının sürücüsü həbs olunub, hadisə ilə bağlı araşdırma başlayıb.
İsgəndər Həsənov
çap et