525.Az

Avtomobil TIR-ın altında qaldı - 2 nəfər yaralandı


 

Avtomobil TIR-ın altında qaldı - <b style="color:red"> 2 nəfər yaralandı</b>

Türkiyənin Zonquldak şəhərində yol qəzası baş verib.

525.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Zonquldak-Düzce şosesində hərəkətdə olan avtomobil yol kənarda dayanmış yük maşınına arxadan çırpılıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri göndərilib.

Qəza nəticəsində avtomobildə olan hər iki şəxs yaralanıb. Həkimlərin ilkin müdaxiləsindən sonra onlar xəstəxanaya çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

İsgəndər Həsənov

 





20.11.2025    çap et  çap et