Bu gün səhər saatlarında Fransanın paytaxtı Parisdə elektrik enerjisinin verilməsində ciddi problem yaşanıb.
525.az AFP-yə istinadən xəbər verir ki, transformator stansiyasında yaşanan texniki nasazlıq səbəbindən təxminən 170 min ev işıqsız qalıb.
Nasazlıq 1 saata yaxın davam edib. Daha sonra hissə-hissə işığın verilməsi bərpa edilib. Lakin elektrik enerjisinin kəsilməsi təkcə evlərə deyil, şəhərdə ictimai nəqliyyat xətlərinə də təsir edib. Bəzi metro və şəhərətrafı qatar xətləri tamamilə fəaliyyətini dayandırıb, bəzi xətlər isə yalnız bir istiqamətdə çalışıb.
İbrahim Cəfərov
çap et