525.Az

Dünyanın ən gözəl qızı meksikalı seçildi


 

Dünyanın ən gözəl qızı meksikalı seçildi<b style="color:red"></b>

Tailandda keçirilən "Dünya gözəli" beynəlxalq müsabiqəsinin qalibi müəyyənləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 74-cü dəfə təşkil olunan yarışmanın qalibi meksikalı Fatima Boş seçilib.

136 ölkənin gözəlinin qatıldığı yarışmada "Vits-miss" titulu tailandlı Pravinar Sinqxə qismət olub. İlk beşliyə isə Stefani Abesali (Venesuela), Axtisu Manalo (Filippin) və Oliviye Yase (Kot D'İvuar) düşə biliblər.

Qeyd edək ki, ixtisasca geyim dizayneri olan 25 yaşlı Fatima Boş müsabiqənin tarixi ərzində qalib gələn 4-cü meksikalıdır. 

L.Tağıyeva

 





21.11.2025    çap et  çap et