“Mən Azərbaycan liderinə tranzit məhdudiyyətlərini aradan qaldırdığına və ölkəsi vasitəsilə birbaşa ikitərəfli ticarətə şərait yaradılması qərarına görə təşəkkür edirəm”.
525.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistan Baş nazir Nikol Paşinyanla mətbuata birgə bəyanatında bildirib.
O deyib ki, cari ilin noyabr ayında Qazaxıstan taxılının ilk partiyası Azərbaycan ərazisindən Ermənistana çatdırılıb:
“Bu təşəbbüsün xüsusi siyasi və iqtisadi əhəmiyyəti var. Qazaxıstan müntəzəm olaraq Ermənistana yüksək keyfiyyətli taxıl məhsulları və digər malları tədarük etməyə hazırdır. Biz bu istiqamətin daha da inkişafı üçün bütün lazımi səyləri göstərməyə razılaşdıq”.
Tokayev qeyd edib ki, Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət ikitərəfli və regionlararası əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait yaradır.
Pərvanə Sultanova
çap et